METBUAT.AZ

Ölkə

Azərbaycanlı futbolçu faciəvi şəkildə vəfat etdi -

11 İyun 2024 21:28

Ötən mövsümü icarə əsasında “Səbail” PFK-nın U-19 komandasında keçirmiş Amid Alxasov faciəvi şəkildə dünyasını dəyişib.

Metbuat.az xəbər verir ki, bu barədə klubun rəsmi səhifəsində məlumat paylaşılıb. “Amid Alxasovun vaxtsız vəfatı ilə əlaqədar doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı veririk” , - paylaşımda qeyd olunub.

Qeyd edək ki, Amid Alxasov müqavilə əsasında “Sabah”ın 19 yaşadək futbolçulardan ibarət komandasının oyunçusu olub.


metbuat.az.