METBUAT.AZ

İqtisadiyyat

Bakı İrəvana son beş ayda 49 min avro ödəyib

27 İyun 2024 11:26

Azərbaycan cari ilin 5 ayı ərzində aviaşirkətlərin Ermənistanın hava məkanından həyata keçirdiyi uçuşlara görə bu ölkəyə 49 min 459 avro ödəyib.

Metbuat.az Publika.az-a istinadən bildirir ki, bu barədə Ermənistan Mülki Aviasiya Komitəsinin məlumatında deyilir.

Məlumata görə, ödəniş müəyyən olunmuş qaydada "Avrokontrol” təşkilatının mərkəzi ofisi vasitəsilə həyata keçirilib.

2023-cü ildə isə aviauçuşlara görə Azərbaycan Ermənistana 80 min avro ödəmişdi.


metbuat.az.