2 İyun 2024 16:54
Bakı metropoliteninin "28 may" stansiyasında faciəvi halda ölən şəxsin kimliyi məlum olub.
Baş Prokurorluqdan Metbuat.a,-a verilən məlumatda bildirilir ki, iyunun 2-də 1957-ci il təvəllüdlü Şərafəddin Abdullayevin metronun “28 May” stansiyasında dəmir yolu xəttinin üzərinə düşərək ölməsi faktı ilə bağlı Nəsimi rayon prokurorluğunda araşdırma aparılır.