24 İyun 2024 09:47
Yay mövsümünün gəlməsi ilə çimərliklərə maraq artmağa başlayıb. Bakı sakinləri və qonaqları üçün bir neçə pulsuz çimərlik fəaliyyət göstərir. Bu çimərliklərdə dənizdən və günəşdən zövq almaq mümkündür.
Metbuat.az Baku.ws-ə istinadən bildirir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə paytaxtın bir neçə qəsəbəsində baxımsız sahilyanı ərazilərdə pulsuz ictimai çimərliklər təşkil edilib.
Bu çimərliklərdə təmizlik, abadlıq və digər hazırlıq işləri tamamlanıb və ziyarətçilərin istifadəsinə hazır vəziyyətə gətirilib.
Qeyd edək ki, çimərlik ərazisinə giriş və yaradılan bütün imkanlar tamamilə ödənişsiz istifadə üçün nəzərdə tutulub.
Ödənişsiz çimərliklər və onların yerləşdiyi ərazilər:
Sahil Çimərliyi (Lökbatan)
Yerləşdiyi Qəsəbə: Lökbatan
Gediş Yolları: 149 nömrəli avtobus
Buzovna Çimərliyi
Yerləşdiyi Qəsəbə: Buzovna
Gediş Yolları: 171 nömrəli avtobus
Novxanı Çimərliyi
Yerləşdiyi Qəsəbə: Novxanı
Gediş Yolları: 123 nömrəli avtobus
Görədil Çimərliyi
erləşdiyi Qəsəbə: Görədil
Gediş Yolları: 108, 134 nömrəli avtobuslar
Pirşağı Çimərliyi
Yerləşdiyi Qəsəbə: Pirşağı
Gediş Yolları: 173 nömrəli avtobus
Şıx Çimərliyi
Yerləşdiyi Rayon: Səbail
Gediş Yolları: 127 nömrəli avtobus.
Məlumat üçün bildirək ki, bu çimərliklərdə ətraf mühitin qorunması üçün təmizlik qaydalarına riayət etmək vacibdir. Çimərliklərdə tullantıların düzgün şəkildə atılması, dənizin və sahil zolağının təmiz saxlanılması hər bir vətəndaşın vəzifəsidir.