METBUAT.AZ

Ölkə

Bakıda Beynəlxalq Sığorta Forumu keçiriləcək

15 İyun 2024 15:44

İyunun 20-21-də Bakıda sayca 10-cu Azərbaycan Beynəlxalq Sığorta Forumu ("Azerbaijan International Insurance Forum" - AIIF-2024) keçiriləcək.

Metbuat.az xəbər verir ki, bu barədə tədbirin təşkilatçısı - "Azərbaycan Sığortaçılar Assosiasiyası" (ASA) İctimai Birliyi məlumat yayıb.

Forumun məqsədi yerli sığortaçılarla dünya sığortaçılarının birbaşa kommunikasiyasını gücləndirməkdir.

Xatırladaq ki, sonuncu dəfə Bakıda bu cür tədbir 2019-cu ildə - koronavirus (COVID-19) pandemiyasından əvvəl keçirilib. Ötən ilin noyabr ayında ASA-nın İcraçı direktoru Elmar Mirsalayev Türkiyənin Antalya şəhərində keçirilən "Beynəlxalq Sığorta Sərgisi və Konqresi" çərçivəsində nüfuzlu beynəlxalq forum təşkilatçısı olan "Xprimm" şirkətinin rəsmisi Georgiana Oprea ilə görüşüb. Görüşdə ölkəmizdə keçirilən sığorta forumunun bərpası ilə bağlı müzakirələr aparılıb.


metbuat.az.