14 İyun 2024 00:28
Bakıda çoxmərtəbəli yaşayış binasında baş verən bədbəxt hadisə nəticəsində xəstəxanaya yerləşdirilən yeddi nəfərdən altısı ilkin tibbi yardımdan sonra evə buraxılıb.
Metbuat.az APA-ya istinadən xəbər verir ki, hadisə Xətai rayonu Xudu Məmmədov küçəsində baş verib.
Liftin qırılması nəticəsində yeddi nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Xəsarət alanlardan ikisi uşaqdır.
Fövqəladə Hallar Nazirliyindən (FHN) verilən məlumata görə, hadisə yerinə xilasedicilər cəlb olunublar:
"Nazirliyinin xilasediciləri hadisə yerinə çatanadək məlumatla xilasedicilərə ehtiyac olmadığı bildirilib".
Qeyd edək ki, hadisə metronun "Həsi Aslanov" stansiyasının yaxınlığında, Xudu Məmmədov küçəsində yerləşən "Şərur" MTK yaşayış kompleksində baş verib.