METBUAT.AZ

Gündəm

Bakıda idmançı buna görə dənizdə batıb -

11 İyun 2024 09:29

Bakıda dənizdə batan idmançı Mikayıl Mirzəyevn ölümü ilə bağlı təfərrüatlar məlum olub.

Metbuat.az-ın məlumatına görə, sualtı idman növü ilə məşğul olan M. Mirzəyev həmin gün Bakının Pirallahı rayonunun Dübəndi kəndi ərazisindəki neft terminalının yaxınlığında nəzarətsiz əraziyə balıq tutmaq məqsədi ilə gedibmiş . O, hadisə yerində tək olmayıb. İdmançının həyat yoldaşı Zemfira İbrahimnova da onunla birlikdə olub. M. Mirzəyev sualtı balıq ovladığı zaman qəfil maneəyə ilişərək dənizin dibinə gedib və boğulub. Fövqəladə Hallar Nazirliyi əməkdaşlarının axtarışları nəticəsində meyit yaxınlıqdakı qayalıqda aşkar edilib.



metbuat.az.