METBUAT.AZ

Hadisə

Bakıda iki yaşlı uşaq 6-cı mərtəbədən yıxılıb öldü

10 İyun 2024 09:17

Bakıda 2 yaşlı uşaq 6-cı mərtəbədən yıxılaraq ölüb.

Metbuat.az xəbər verir ki, hadisə Səbail rayonu, Akademik Əhəd Yaqubov küçəsində qeydə alınıb.

2022-ci il təvəllüdlü Hamza İmanov yaşadıqları evin 6-cı mərtəbəsində yıxılaraq "Kia" markalı avtomobilin üzərinə düşüb. Körpə aldığı xəsarətdən hadisə yerində ölüb.

Araşdırma aparılır.


metbuat.az.