METBUAT.AZ

Hadisə

Bakıda məşhur cibgir tutuldu -

5 İyun 2024 12:53

Bakıda cibgirliklə məşğul olan şəxslər saxlanılıb.

Metbuat.az xəbər verir ki, 38 saylı avtobusda bir sərnişinin 327 manatını oğurlayan 1972-ci il təvəllüdlü Vüqar Həsənov və 1963-cü il təvəllüdlü Akif Zeynallı tutulublar. Onların paytaxtda müxtəlif avtobuslarda 60-dan artıq şəxsin pulunu cibgirlik edərək ələ keçirdikləri məlum olub.

Qeyd edək ki, Vüqar Həsənov (“Cibgir Vüqar”) əvvəllər də eyni əməllərə görə saxlanılıb və dəfələrlə məhkum olunub.


metbuat.az.