METBUAT.AZ

İqtisadiyyat

Bakıda ödənişli xidmətlərin dəyəri 6 %-dən çox artıb

25 İyun 2024 17:09

Bu ilin yanvar-may aylarında Bakıda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 3 milyard 004,2 milyon manat olub.

Bu barədə Metbuat.az-a Bakı şəhər Statistika İdarəsindən məlumat verilib.

Bu, 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 6,5 % çoxdur.

Hüquqi şəxslər tərəfindən əhaliyə 2 milyard 730 milyon manatlıq xidmət göstərilib. Bu da xidmətlərin ümumi dəyərinin 90,9 %-ni təşkil edib.

Qeyd edək ki, bu ilin 5 ayında Azərbaycanda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 6,3 % artaraq 4 milyard 812,7 milyon manat olub. Hüquqi şəxslər tərəfindən əhaliyə 3 milyard 626 milyon manatlıq xidmət göstərilib ki, bu da xidmətlərin ümumi dəyərinin 75,3 %-ini təşkil edib.


metbuat.az.