27 İyun 2024 17:05
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin sərəncamı ilə Natiq Qasımova “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib.
Metbuat.az Axar.az-a istinadən xəbər verir ki, Natiq Qasımovun əsir düşməsi, sonrakı taleyi ilə bağlı müəmmalara britaniyalı rejissor və ssenari müəllifi Karan Sinqin çəkdiyi sənədli filmdə aydınlıq gətirilir.
N.Qasımovun Alban kilsəsində tutduğu mövqeyə günlərlə hücum etsə də, heç nəyə nail ola bilməyən qatil, Ermənistanın generalı rütbəsini daşıyan Vitali Balasanyanın qurduğu oyun, qəhrəmanımızı ələ keçirmək üçün hiyləyə əl atması, yaşlı müəllimi onun yanına göndərərək, təslim olmasını tələb etməsi, əks halda Xocalı girovlarını öldürəcəyi ilə bağlı hədəsini ermənilər filmdə danışırlar.
Rejissor həmin vaxt Vitali Balasanyanla birgə Alban məbədinə hücum edənləri də danışdırır. Bəlli olur ki, V.Balasanyan törətdiyi dəhşətli cinayətin məsuliyyətindən qaçmaq üçün özünü tülkülüyə vurur və N.Qasımovu dindirərkən çəkilən gənclik fotosunu "tanımır", bu barədə susur. Erməni şahidlər isə Vitonu dərhal tanıyırlar.
Sonradan Saratovda məskunlaşan erməni döyüşçü isə deyir ki, N.Qasımov çox cəsarətli, mərd adam idi, ona atdığımız qumbaraları götürüb, bizə tullayırdı. Həmçinin N.Qasımovun necə öldürüldüyünü də özündən asılı olmadan etiraf edir.
Bu, Vitali Balasanyanın necə dəhşətli bir cəllad, qaniçən, başkəsən olduğunu təsdiqləyir.
Sözügedən filmi azərbaycanca tərcümədə təqdim edirik: