21 İyun 2024 10:07
Mingəçevirdə güclü küləyin ağacları, binaların dam örtüyünü aşırması nəticəsində xəsarət alan 6 nəfərdən biri vəfat edib.
Metbuat.az xəbər verir ki, ağır xəsarət alan 2003-cü il təvəllüdlü Rəvan Qasımzadənin həyatını xilas etmək mümkün olmayıb.
Xəsarət alan digər şəxslərə tibbi yardım göstərilib, onlardan ikisi azyaşlıdır.
Faktla bağlı araşdırma aparılır.