METBUAT.AZ

Sosial

Bayram namazının vaxtı açıqlandı

5 İyun 2024 10:38

İyunun 16-17-də Azərbaycanda Qurban bayramı qeyd ediləcək.

Qafqaz Müsəlmanları İdarəsindən Metbuat.az-ın sorğusuna cavab olaraq bildirilib ki, hər il olduğu kimi məscidlərdə Qurban bayramının namazı qılınacaq:

“Bəzi məscidlərdə bayram namazı saat 08:00, bəzilərində isə 09:00-da qılınacaq. Ola bilər ki, məscid imamları öz gələn camaatına uyğun vaxt təyin edə bilərlər, məsələn, rayon yerlərində daha tez, şəhər yerlərində bir az gec ola bilər”.


metbuat.az.