METBUAT.AZ

İdman

Belçika millisi ilk qələbəsini qazandı -

22 İyun 2024 00:46

Almaniyada təşkil olunan futbol üzrə Avropa çempionatının qrup mərhələsində II tura yekun vurulub.

Metbuat.az xəbər verir ki, turun son oyunu E qrupunda Belçika və Rumıniya yığmaları arasında keçirilib.

Görüş "qırmızı şeytanlar"ın 2:0 hesablı qələbəsi ilə başa çatıb. Qolları 2-ci dəqiqədə Yuri Tilemans və 80-ci dəqiqədə Kevin de Brüyne vurublar.

İlk iki turdan sonra E qrupunda bütün komandaların 3 xalı var. Rumıniya 1-ci, Belçika 2-ci, Slovakiya 3-cü, Ukrayna isə 4-cü pillədə qərarlaşıb.

Qeyd edək ki, Avropa çempionatına iyulun 14-də yekun vurulacaq.


metbuat.az.