11 İyun 2024 14:12
Fransız ulduz futbolçu Kilian Mbappe ilə yamaykalı keçmiş sprinter Useyn Bolt arasında keçirilməsi planlaşdırılan 100 metr məsafəyə yarışı zədə səbəbindən təxirə salınıb.
Metbuat.az xəbər verir ki, keçmiş Olimpiya və dünya çempionu, yamaykalı atlet Useyn Bolt 100 metr məsafəyə qaçışda dünya şöhrətli futbolçu Kilian Mbappeyə meydan oxuyub. Kilian Mbappe Boltun meydan oxumasını qəbul etdiyini açıqlayıb. Mbappe açıqlamasında, "Düşünürəm ki, Useyn Bolta qarşı heç bir şansım yoxdur. Amma yarışmaq əyləncəli ola bilər. Hər ikimizin də vaxtımız varsa, niyə də olmasın” deyə bildirmişdi.
Ancaq idmansevərləri həyəcanlandıran bu çağırış, Usain Boltun aldığı zədə səbəbiylə təxirə salınıb. Usain Bolt xeyriyyə yarışı zamanı zədələnib.