METBUAT.AZ

Sağlamlıq

​Bu çörəyin bir dilimi belə çox zərərlidir

5 İyun 2024 10:19

Mütəxəssislərin apardığı araşdırmalar görə, ağ çörək zərərli hesab olunur.

Metbuat.az xarici mediaya istinadən xəbər verir ki, tərkibində taxıl qabıqları və pəhriz lifi olmadığı üçün onu bir çox qida dəyərindən məhrum edir.

Çörək sexlərində və ya marketlərdə asanlıqla tapa biləcəyiniz müxtəlif çörək növləri olsa da, əksər vətəndaşlar ağ çörəyə üstünlük verir. Tədqiqatlar göstərir ki, birinci dərəcəli undan hazırlanan ağ çörək insan orqanizmi üçün zərərli hesab olunur.

Çovdar çörəyinin digərlərindən daha sağlam olduğu düşünülsə də, bəzi insanlar üçün zərərlidir. Bu çörəkdən istifadə qastrit, mədə xorası və qismən pankreatopatiya diaqnozu qoyulmuş insanlar üçün təhlükəli hesab olunur.

Çörək seçimi sağlam və balanslı qidalanma üçün ən çox diqqət edilməsi lazım olan bir detaldır.

Ağ çörək yerinə tam taxıl, kəpək, və çovdar çörəyi kimi növlərin seçilməsi sağlamlıq üçün daha faydalıdır.


metbuat.az.