12 İyun 2024 15:07
Hakimiyyət yalnız erməni xalqı istəyərsə, dəyişəcək.
Metbuat.az bildirir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan jurnalistlərə deyib.
O, bu gün ərzində müxalifətin parlamentdə fikir səsləndirdiyini eşitmədiyini bildirib.
“Hakimiyyət yalnız erməni xalqı istəyərsə, dəyişəcək. Bu gün səhərdən parlamentin iclas zalındayam. Mən müxalifətin hər hansı bəyanatını eşitməmişəm”, – Paşinyan qeyd edib.