13 İyun 2024 13:03
"Qarşıdakı dövrdə atəşkəsin pozulmasının intensiv hal alması, geniş miqyaslı təxribatların olması, yeni müharibə riskini yarada bilər".
Bunu Metbuat.az-a açıqlamasında politoloq Samir Hümbətov deyib. O bildirib ki, mövqelərimizin atəşə tutulması, təxribat halı kimi dəyərləndirilə bilər:
"Tərəflər arasında sülhü pozmaq üçün, əvvəlcə Ermənistan daxilində keşiş Baqratın başçılığı ilə etirazlar başlatdılar, nəticə vermədi. Görünür, indi sərhəddə həm Ermənistan ordusu daxilindəki 5-ci klanın nümayəndələri, həm də xarici qüvvələrin digər əsas iştirakçıları prosesi sürətləndirirlər. Bu sülh prosesinə hələ ki, mane olacaq hal deyil. Amma qarşıdakı dövrdə atəşkəsin pozulmasının intensiv hal alması, geniş miqyaslı təxribatların olması sülh prosesini dayandırmaqla yanaşı, yeni müharibə riskini yarada bilər. Hələ bu məsələdən danışmaq biraz tezdir. Yəqin ki, Paşinyan administrasiyasından bununla bağlı bir açıqlama gələcək. Ondan sonra biləcəyik ki, Ermənistan tərəfi ətəşkəsin pozulmasında maraqlıdır, yoxsa xarici qüvvələr".
Seyranə Quliyeva / Metbuat.az