METBUAT.AZ

Sosial

Bu məhsulun bahalaşacağı gözlənilir -

3 İyun 2024 18:24

"Arıçılıqla məşğul olan fermerlər ciddi zərər görəcək”.

Metbuat.az bildirir ki, bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı ekspert Vahid Məhərrəmov deyib.

Onun sözlərinə görə, havaların soyuq və yağmurlu keçməsi arıçılıqla məşğul olan fermerlərin işlərini normal şəkildə qura bilməsini əngəlləyib:

"Elə hava şəraiti yarandı ki, arılar nektar toplaya bilmədilər. Qarşıdakı aylarda arıların nektar toplaya biləcəyinə proqnoz vermək çətinidr. Çox təəssüflər olsun ki, belə alınıb. Bilmirik ki, qarşıdakı aylarda hava özünü necə göstərəcək. Həddindən artıq isti olacaqsa, yenə də problem yaşanacaq. Həm də bu aylardan sonra çiçəklər bir o qədər olmayacaq. Ötən il arı məhsulu kəskin şəkildə azalmışdı, biz bunu bu il də görürük”.

Vahid Məhərrəmov bununla bağlı olaraq balın qiymətinin baha olacağını proqnozlaşdırır:

"Onsuz da baha idi, bir az da bahalaşaçaq. Maya dəyəri yüksək olduğu üçün Azərbaycan balı baha qiymətə satılır. Amma qonşu ölkələrdən Azərbaycana bal gətirilir, yarmarkalar keçirilir. Bu nisbətən balın qiymətinə təsir edir”.


metbuat.az.