METBUAT.AZ

Elm və Təhsil

Bu müəllimlərin maaşı yuxarı olacaq -

14 İyun 2024 12:27

Qarabağ Universitetində müəllimlərin maaşı orta aylıq əməkhaqqı ilə müqayisədə yuxarı olacaq

Metbuat.az verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlaması zamanı deyib.

"Bu il universitetin ilk tədris ilidir, yəqin ki, hansısa çatışmazlıqlar olacaq. Amma biz Qarabağ Universitetini bir yerdə quracağıq. Qarabağ Universitetində əsasən tələbələrə güzəştlər nəzərdə tutulur.

Müəllimlərə isə universitet qaydalarına əsasən əməkhaqqı veriləcək və yaşayış yeri ilə təmin edək. Orta aylıq əməkhaqqı ilə müqayisədə yuxarı olacaq. Universitetə hazırlıqlı müəllimlər cəlb ediləcək", - nazir bildirib.


metbuat.az.