METBUAT.AZ

Dünya

Bu ölkədə 7 ballıq zəlzələ oldu

28 İyun 2024 11:14

Peru sahillərində 7,0 maqnitudada zəlzələ baş verib.

Metbuat.az xarici mediaya istinadən bildirir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb. Məlumata görə, zəlzələnin episentri təxminən 246 min nəfər əhalisi olan İka şəhərindən 250 km cənub-şərqdə yerləşib. Zəlzələnin ocağı 56 kilometr dərinlikdə yerləşib.

Ölkədə sunami təhlükəsi elan edilib.


metbuat.az.