METBUAT.AZ

Dünya

Bu ölkədə güclü zəlzələ oldu

4 İyun 2024 08:53

Gürcüstanın şimalındakı Oni şəhərinin yaxınlığında zəlzələ baş verib.

Metbuat.az Qərb bürosunun məlumatına görə, bu barədə Gürcüstanın Milli Seysmik Monitorinq Mərkəzi bildirib.

Baş verən yeraltı təkanlar 5,4 bal gücündə qeydə alınıb. Zəlzələnin episentri ölkənin Kutaisi şəhərindən 76 km şimal-şərqdə olub.

Tələfat və dağıntı barədə məlumat yoxdur.


metbuat.az.