5 İyun 2024 08:53
İndoneziya sahillərində güclü zəlzələ olub.
Metbuat.az xəbər verir ki, Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb. Məlumata görə, zəlzələ 5,6 bal gücündə olub.
Təkanların episentri Benqkulu şəhərindən 175 km qərbdə, 10 km dərinlikdə yerləşib.