28 İyun 2024 10:20
2024-cü ilin may ayında aylıq sosial müavinət və təqaüd alanların sayı 848 min nəfərdən çox olub.
Bu barədə Metbuat.az-a Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib.
Bildirilib ki, onların 451 min nəfərdən çoxunu aylıq sosial müavinət, 396 min nəfərdən çoxunu isə təqaüd alanlar təşkil edib.