METBUAT.AZ

Sağlamlıq

Bu qidalardan uzaq durun -

6 İyun 2024 11:51

Yediyimiz qidalar arasında dadlı olmasına baxmayaraq, çox zərərli olanları var.

Metbuat.az xarici mediaya istinadən ən zərərli qidaları təqdim edir:

Hidrogenləşdirilmiş yağlar ən zərərli qida hesab olunur. Restoranlarda qızartma yağlarının dəyişdirilmədən uzun müddət istifadə edilməsi də onların daha çox zərərli olmasına səbəb olur.

Süni dadlandırıcılarda zəərli qidalar sırasındadır. Ən zərərli maddələr asesulfam kalium, monosodium glutamat, sukraloza, aspartam və natrium benzonatdır. Onların yerinə kokos şəkəri, ağcaqayın siropu və bal kimi təbii dadlandırıcılardan istifadə etmək olar.

Qablaşdırılmış qidalarda çox zərərli hesab olunur. Əksəriyyətinin saxlama müddətini uzatmaq üçün onlara zərərli maddələr əlavə olunur. Çipslərdə olan monosodium glutamat hətta siqaretin təsirini də yarada bilər.

Toyuq ətidə zərərli qidalardan arasındadır. Bazardan aldığımız toyuq ətlərinin tez xarab olmasının qarşısını almaq üçün istehsal prosesində zərərli sintetik maddələrdən istifadə edilir.

Əksər brendlərin məhsullarında məhsula toyuq ətindən əlavə sinirlər, damarlar, dəri, qığırdaq və sümüklər də qatılır və beləliklə, həddindən artıq kalorili qida yaranır.

Dondurulmuş məhsullar da zərərli qidalar siyahısına daxildir.

Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən xüsusilə dondurulmuş balıq və dəniz məhsullarında olan tert-butilhidrokinonun zərərli olduğu bildirilmişdir.


metbuat.az.