13 İyun 2024 10:55
Ümumdünya Səhiyyə Təşkilatı dünya əhalisinin ölümünə səbəb olan dörd sənaye sahəsi barədə məlumat yayıb.
Mtebuat.az xəbər verir ki, bu siyahıya (ÜST) tütün, emal olunmuş qidalar, spirt və qalıq yanacaqlar daxildir.
Ümumdünya Səhiyyə Təşkilatı “ÜST Avropa Regionunda qeyri-infeksion xəstəliklərin kommersiya təyinediciləri” adlı hesabatında bildirilir ki, sadalanan faktlar Avropada hər il 2,7 milyon insanın ölümünə səbəb olur.
Hesabata görə, Avropada hər il siqaretdən 1,15 milyon, spirtli içkidən 426 min 857, işlənmiş ətdən 117 min 290, duzlu qidalardan isə 252 min 187 ölüm hadisəsi baş verir. Bu rəqəmlərə piylənmə, yüksək təzyiq, yüksək qan şəkəri və ya yüksək xolesterin səviyyəsinin səbəb olduğu ölümlər daxil deyil. ÜST-ün hesabatında bildirilir ki, bu sahələrdə fəaliyyət göstərən iri şirkətlərin əsas məqsədi mənfəət əldə etmək və böyük bazar payına sahib olmaqdır.
Hesabatda qeyd edilir ki, sənayenin yaratdığı lobbi fəaliyyətləri ürək-damar xəstəlikləri, xərçəng və diabet kimi qeyri-infeksion xəstəliklərlə mübarizə səylərinə mane olur.
“Daha sərt tədbirlər görülməlidir”
ÜST-ün məlumatına görə, Avropada böyüklərin 60 faizi, uşaqların üçdə biri artıq çəkidən və ya piylənmədən əziyyət çəkir. 2017-ci ilin son məlumatları göstərir ki, Avropada ürək-damar xəstəlikləri və xərçəngdən ölüm hallarının beşdə biri qeyri-sağlam qidalanma vərdişlərinin nəticəsində yaranır.
Metbuat.az