METBUAT.AZ

İqtisadiyyat

Bu şəxslərin gələcəkdə pensiya təminatı olmayacaq -

5 İyun 2024 14:01

“Əgər bir şəxsin əmək müqaviləsi yoxdursa, onun ümumiyyətlə gələcəkdə pensiya təminatı olmayacaq”.

Bu fikirləri əmək qanunvericiliyi üzrə ekspert Nüsrət Xəlilov deyib. Ekspert Metbuat.az-a bildirib ki, həmin şəxs qanunvericiliklə müəyyən olunmuş bütün güzəşt və imtiyazlardan məhrum sayılır:


“Ümumiyyətlə əmək müqaviləsinə xitam verilməsi üçün qanunvericilikdə bir çox əsaslar var. Həmin əsasların bəzilərində öncədən xəbərdarlıq edilməsi nəzərdə tutulsa da, bəzilərində xəbərdarlıq müddəti yoxdur. İşçini korporativ etika xətrinə xəbərdar etsələr də, qanunda xəbərdarlıq müddəti nəzərdə tutulmayıb. Eyni zamanda işçi tərəfindən müqaviləyə xitam verilməsi zamanı, o azı bir ay öncədən işəgötürəni məlumatlandırmalıdır”.

Nüsrət Xəlilov qeyd edib ki, əgər şirkət ləğv edilərsə, işəgötürənin xəbər etmə öhdəliyi yoxdur:

“Şirkətdə ştatların ixtisarı zamanı müqaviləyə xitam verilərkən, azı iki təqvim həftəsindən doqquz təqvim həftəsinə qədər həmin işçinin müəssisədə xəbərdar edilməsi nəzərdə tutulub. Bu xəbərdarlıq həmin işçinin şirkətdəki iş stajına görə dəyişə bilər”.

Gülbəniz Hüseynli / Metbuat.az



metbuat.az.