METBUAT.AZ

Sosial

Bu tarixdə ölkədə məhdudiyyətlər tətbiq ediləcək -

27 İyun 2024 12:44

COP29-a hazırlıq işlərinin görülməsi və həmin tədbirin keçirilməsi ilə əlaqədar ölkədə infrastruktur, nəqliyyat, habelə təhlükəsizlik və digər müəyyən məhdudiyyətlərin tətbiq olunması qaçınılmazdır.

Metbuat.az Report-a istinadən bildirir ki, bunu Milli Məclis Aparatının rəhbəri Fərid Hacıyev Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun iyunun 27-də keçirilən iclasında çıxışı zamanı deyib.

O bildirib ki, bu barədə məsələ Milli Məclisin parlamentin buraxılması və növbədənkənar seçkilərin təyin edilməsi üçün Prezidentə müraciətlə bağlı qərarında əksini tapıb.


metbuat.az.