4 İyun 2024 12:26
İl ərzində 5 inzibati tənbeh tədbiri tətbiq edilən yayımçının lisenziyası ləğv edilə bilər.
Mətbuat.az-ın məlumatına görə, bunu Audiovizual Şuranın Hüquq və beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Nemət Cavadov deyib.
O bildirib ki, Şuranın qərarı ilə tətbiq olunan bəzi sanksiyalar var. Belə ki, yayımın dayandırılması 24 saatadək, 1-30 gün arası, inzibati cərimə isə 1000-10000 manatadək tətbiq olunur.
N.Cavadov qeyd edib ki, audiovizual media subyektləri bir il müddətində azı beş dəfə audiovizual yayım sahəsində inzibati məsuliyyətə cəlb edildikdə onun lisenziyası ləğv edilə bilər.