METBUAT.AZ

Hadisə

Cəbrayılda ANAMA əməkdaşı həyatını itirdi

21 İyun 2024 11:26

İşğaldan azad edilmiş Cəbrayıl rayonu ərazisində sursat partlayışı hadisəsi baş verib.

Metbuat.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi, Baş Prokurorluq və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat xidməti məlumat yayıb.

Ərazidə icra edilən minatəmizləmə prosesi zamanı baş verən partlayış nəticəsində Agentliyin əməkdaşı 1980-ci il təvəllüdlü İsayev Raqif Deputat oğlu həyatını itirib. Hadisə zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alan əməkdaşlar rayon xəstəxanasına təxliyə edilib. Vəziyyətləri qənaətbəxşdir.

Hazırda prokurorluq əməkdaşları tərəfindən hadisə yeri müayinə olunur.

Faktla bağlı Cəbrayıl Rayon Prokurorluğunda araşdırma aparılır.


metbuat.az.