19 İyun 2024 15:46
Cəlilabadda su bəndində boğulan şəxslərin kimliyi məlum olub.
Metbuat.az xəbər verir ki, bənddə çimərkən boğulan şəxslərin Hamarqışlaq kənd sakinləri - 2008-ci il təvəllüdlü Nihat Aşurov və 2004 -cü il təvəllüdlü İbrahim Həsənov olduğu müəyyən edilib.
Onların meyitləri Fövqəladə Hallar Nazirliyinin xilasediciləri tərəfindən sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
***
Cəlilabadda su bəndində iki nəfər boğulub.
Hadisə bu gün günorta saatlarında Cəlilabad rayonunun Hamarqışlaq kəndi ərazisində qeydə alınıb. Kənddə yerləşən su bəndində iki nəfərin çimərkən boğulduğu bildirilir. Hazırda onların axtarışları aparılır.
Fövqəladə Hallar Nazirliyi də hadisə barədə məlumat yayıb. Bildirilib ki, "112" qaynar telefon xəttinə, Cəlilabad rayonu, Hamarqışlaq kəndində göldə 2 nəfərin batması barədə ilkin məlumat daxil olub.
Məlumatla əlaqədar, FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunublar.
Əlavə məlumat veriləcək.