METBUAT.AZ

Siyasət

COP29 ərəfəsində sülh müqaviləsinin imzalanması mümkündür -

10 İyun 2024 15:32

Ermənistan Xarici İşlər Nazirliyi sülh sazişi üzərində işi bir ay ərzində başa çatdırmağa və onu imzalamağa hazır olduqlarını açıqlamışdı. Məlumatda qeyd edilir ki, Ermənistan və Azərbaycan arasında sülh sazişinin imzalanmasının vaxtı yetişib, İrəvan sülhün imzalanması istiqamətində konstruktiv və intensiv işləməyə hazırdır.

Bəs, yaxın zamanda iki ölkə arasında sülhün imzalanması realdırmı?

Məsələ ilə bağlı Metbuat.az-a danışan Sultan Zahidov deyib ki, hal-hazırda Azərbaycan və Ermənistan arasında proqressivliyi nəzərə alsaq, sülh sazişi qısa zamanda bilər:

Azərbaycan-Ermənistan xarici işlər nazirləri arasında sülh sazişi ətrafında mübadilə prosesi gedir. Ermənistan tərəfindən artıq Azərbaycana rəylər təqdim olunub. Bu onun göstəricisidir ki, tərəflər arasında təmaslar var. Sülh sazişi qısa zamanda imzalana bilər.

Politoloq qeyd edib ki, hazırda sülhün imzalanması üçün maneələr də mövcuddur:

“Ermənistan rəhbərliyinin siyasi iradə nümayiş etdirməsi vacibdir. Çünki Ermənistan rəhbərliyi dəfələrlə sülh sazişinə razı olduğunu bildirsə də, prosesi yubatmağa davam edib.

Digər tərəfdən xarici güclər var ki, Cənubi Qafqazda sülhün olmağında maraqlı deyillər. Onlarınbaşında Fransa gəlir. Fransanın Ermənistana hansı göstərişlər verdiyi qeyri-müəyyən olaraq qalır. Bu da sülh prosesinə mənfi təsir göstərir. Əgər bu hallar baş verməsə, bu il ərzində sülh sazişi imzalana bilər”.

Politoloqun sözlərinə görə, sazişin Bakıda baş tutacaq COP29 ərəfəsində imzalanması da mümkündür:

“Çünki bu mötəbər tədbirdə Azərbaycan dünyanın bir çox ölkələrinə ev sahibliyi edəcək. Ermənistanın da burada iştirakı mümkündür. Belə olan halda, Nikol Paşinyanın məhz Bakıda Azərbaycanla sülh sazişi imzalaması real görünür.

Ermənistan konstitusiyasında dəyişikliklər olmalıdır. Azərbaycana qarşı ərazi iddiaları ilə bağlı məsələlər ləğv edilməlidir. Eyni zamanda, Ermənistan Zəngəzur koridoru məsələsinə müsbət yanaşmalı və Azərbaycanın şərtlərinə razılıq verməlidir”.

Seyranə Quliyeva / Metbuat.az


metbuat.az.