METBUAT.AZ

Ölkə

"COP29 iş adamlarının ölkəyə cəlbinə şərait yaradacaq" -

4 İyun 2024 18:03

“COP29-un Azərbaycanda keçirilməsi ölkənin uğurunun nəticəsidir”.

Bunu Metbuat.az-a millət vəkili Aydın Mirzəzadə deyib. Millət vəkili bildirib ki, iştirakçı ölkələrin tədbirin Azərbaycanda keçirilməsinə səs verməsi, ölkəmizin beynəlxalq aləmdə qazandığı nüfuza işarədir:

“Azərbaycanda ekologiyanın qorunması istiqamətində atdığı addımlar böyükdür. Neft-qaz ölkəsi olan Azərbaycan ekologiya məsələlərində həssaslıq nümayiş etdirir. Bu məsələ dövlətimizin, Prezident İlham Əliyevin xüsusilə diqqətindədir.

COP29-un Azərbaycanda keçirilməsi dünyanın yüzdən çox nümayəndəsinin ölkəyə gəlməsinə, iş adamlarının ölkəyə cəlbinə şərait yaradacaqdır. Hesab edirəm ki, COP29-un Azərbaycan tarixində əhəmiyyətli rol oynayacağı indidən bəllidir”.

Gülbəniz Hüseynli / Metbuat.az


metbuat.az.