METBUAT.AZ

İdman

Corc Rassel Formula 1 üzrə Avstriya Qran Prisinin qalibi oldu

30 İyun 2024 22:55

"Mercedes" komandasının britaniyalı pilotu Corc Rassel Formula 1 üzrə dünya yarış çempionatının növbəti mərhələsi olan Avstriya Qran Prisinin qalibi olub.

Metbuat.az xəbər verir ki, ikinci avstraliyalı Oskar Piastri (McLaren), üçüncü ispan Karlos Sayns (Ferrari) olub.

Finişə bir neçə dövrə qalmış yarışın lideri hollandiyalı Maks Verstappen ("Red Bull") britaniyalı Landro Norrislə ("Mclaren") toqquşub və nəticədə yalnız beşinci yerdə qərarlaşıb. Norris yarışı tərk etdi.

Britaniyalı Lyuis Həmilton (Mercedes) finiş xəttini dördüncü keçib.


metbuat.az.