24 İyun 2024 09:59
Ötən gün Xəzər dənizində batan 23 yaşlı Samir Haqverdiyev Azərbaycan Dövlət Pedaqoji Universitetinin tələbəsi imiş.
Metbuat.az bildirir ki, bu barədə Azərbaycan Universitetləri səhifəsi paylaşım edib. Onun ADPU-nun II kurs magistrantı olduğu bildirilir.
Qeyd edək ki, hadisə Novxanı çimərliyində qeydə alınıb. 2001-ci il təvəllüdlü Samir Mikayıl oğlu Haqverdiyev dənizdə çimərkən boğulub. Onun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.