METBUAT.AZ

İqtisadiyyat

Dollarla bağlı yeni proqnoz -

4 İyun 2024 16:27

Azərbaycanda dollara tələbat kəskin artıb. Mərkəzi Bankın məlumatına görə, yanvar-may aylarında satılan dolların həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə iki dəfə çoxdur. Yanvar-may aylarında 37 valyuta hərracında banklara 2 milyard 968 milyon ABŞ dolları satılıb. Ötən ilin eyni dövründə isə bu göstərici cəmi 1 milyard 492,4 milyon ABŞ dollar olub.

Metbuat.az Qaynarinfo-ya istinadən xəbər verir ki, İqtisadçı ekspert Natiq Cəfərlinin sözlərinə görə, ilin əvvəlində dollara tələb artmışdı:

"Bu, mart ayına kimi davam elədi. Mart ayında bir səngimə oldu. Mart-aprel aylarında daha aşağı göstəricilər oldu. Bu, gözlənilən idi, bundan öncəki proqnozlarımızda da may-iyun aylarında dollara təlabatın yenidən artacağını demişdik. Bu proses həm yay tətili ilə əlaqəlidir, səfər sayı kəskin artır. Bundan başqa dövlət büdcəsindən maliyyələşən layihələrdə də çoxlu sayda valyutaya tələbat yaranır. Təmir-tikinti işləri, avadanlıqların alınması valyutaya təlabatı artırır”.

Ekspert yay aylarında bu prosesin davamlı olacağını vurğulayıb:

"Düşünürəm ki, avqust-sentyabr aylarında dollara tələbat daha da artacaq. Əsasən də məktəbə hazırlıq zamanı xaricdən gətirilən malların çeşidi və tələbi artır. Sentyabr arının sonuna kimi prosesin davamlı şəkildə gedəcəyini düşünürəm. Sentyabrdan sonra isə vəziyyət səngiyəcək, tələbat müəyyən qədər azalacaq”.


metbuat.az.