METBUAT.AZ

İqtisadiyyat

Dövlət Xidməti büdcəyə ödəmələri 22 % artırıb

21 İyun 2024 13:14

Bu ilin yanvar-may aylarında İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (ƏMDX) dövlət büdcəsinə ötən ilin eyni dövrü ilə müqayisədə 21,6 % çox - 74,4 milyon manat vəsait köçürüb.

Metbuat.az bu barədə quruma istinadən xəbər verir.

Məlumata görə, 5 aylıq ödənişin 59,2 milyon manatı (25,4 % çox) özəlləşdirmə, 15,2 milyon manatı (8,5 % çox) isə icarə hesabına təmin edilib.

Hesabat dövründə Dövlət Xidməti 23 özəlləşdirmə hərracı keçirib. Həmin hərraclarda 3 səhmdar cəmiyyətinin səhm paketi, 2 kiçik dövlət müəssisəsi, 313 nəqliyyat vasitəsi özəlləşdirilib. Hərraca çıxarılmış dövlət əmlakları üzrə 294 elektron sifariş qəbul edilib, hərraclarda iştirak etmək məqsədilə “Elektron hərrac” proqram təminatı vasitəsilə 36 onlayn qoşulma reallaşıb.

Ötən 5 ayda 1 519 yeni icarə müqaviləsi bağlanılıb. İcarə müqavilələrindən 362-si qeyri-yaşayış, 1 157-si isə torpaq sahələrinə aid olub.


metbuat.az.