11 İyun 2024 09:56
ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2024-cü ilin avqust müqaviləsinin dəyəri 0,12% azalaraq 1 barelə görə 81,53 ABŞ dolları təşkil edib.
Metbuat.az bildirir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin iyulunda ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti isə 0,08% azalaraq 1 barelə görə 77,68 ABŞ dolları təşkil edib.