METBUAT.AZ

İdman

Dünyaca məşhur şəxs millimizin məşqçisi oldu -

12 İyun 2024 11:52

Azərbaycan milli komandasının baş məşqçisi rəsmən açıqlanıb.

Metbuat.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, tanınmış mütəxəssis Fernandu Santuş yığma komandanın baş məşqçisi təyin olunub. Santuşla uzun müddətli müqavilə nəzərdə tutulub.

Bəyanatda deyilib:

"Prosesin qısa müddətli deyil, müəyyən dövrü əhatə edəcəyi nəzərə alınaraq portuqaliyalı mütəxəssisin qarşısında rəqabətədavamlı komandanın formalaşdırılması və AVRO 2028-in seçmə mərhələsində uğurlu çıxış məqsədi qoyulub".


metbuat.az.