METBUAT.AZ

Region

Əhmədinejad yenidən prezidentliyə namizəd oldu

2 İyun 2024 16:05

İranın eks-prezidenti Mahmud Əhmədinejad 14-cü çağırış prezident seçkilərinə namizədliyini irəli sürüb.

Metbuat.az "Təsnim" agentliyinə istinadən xəbər verir ki, o, bir müddət əvvəl hakimiyyəti dövründə vitse-prezident işləmiş Həmid Bəqayinin namizədliyini dəstəklədiyini bildirmişdi.

Xatırladaq ki, Mahmud Əhmədinejad 2005 və 2009-cu illərdə iki dəfə ardıcıl prezident seçilib.

Qeyd edək ki, İranda növbəti prezident seçkisinin bu il mayın 19-da keçirilməsi planlaşdırılıb.


metbuat.az.