5 İyun 2024 15:44
“Əlavə təhsil haqqının ödənilmə şərtləri müqavilədə göstərilir.Yalnız ödənişli əsaslarla əlavə təhsil almaq mümkündür”.
Metbuat.az-ın məlumatına görə, bu açıqlamanı Səhiyyə Nazirliyi 2 nömrəli Bakı Baza Tibb Kollecinin Tədris işləri üzrə böyük mütəxəssisi Xanım Məmmədova deyib.
O qeyd edib ki, ödənişləri tələbələr təhsil-kredit fondu vasitəsi ilə etmək mümkündür. Xanım Məmmədova əlavə olaraq bildirib ki, boş yerlərə əlavə qeydiyyat da aparılacaq.