25 İyun 2024 15:34
Xəbər verdiyiniz kimi, azyaşlı qıza qarşı seksual xarakterli hərəkətlər etməkdə şübhəli bilinən ilahiyyatçı Hacı Salman Kamiloğlu saxlanılıb. Hacı Salman barəsində Abşeron Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi açılıb.
Metbuat.az xəbər verir ki, bununla bağlı dostu bloger Elçin Lənbəranski öz şəxsi Facebook hesabında paylaşım edib.
Paylaşımda deyilir:
"Dəhşətə gəlirəm. Hacı Salmanı illərdir tanıyıram. Daima Şəhid tədbirlərində gördüyüm insandır.Xeyriyyə kampaniyalarına az da olsa bacardığı dəstəyi göstərən,mədəni insan kimi tanımışam. Bu gün saytlardan 11 yaşlı qıza qarşı seksual hərəkətlər etdiyini və buna görə məsuliyyətə cəlb edildiyini oxudum. Çox təəccübləndim.Hacını daima ədəbli əxlaqlı nümunəvi bir insan kimi tanımışam.İnsan övladı çiy süd əmib. Arzulayıram ki bu xəbər yalan çıxsın.Ancaq əgər doğru olsa, qoy dövlətimiz ən ağır cəzaya məhkum etsin...
Gözləyək".