METBUAT.AZ

İdman

Elmira Mirzəyeva İngiltərə açıq çempionatının qalibi oldu

24 İyun 2024 21:26

Azərbaycanlı şahmatçı Elmira Mirzəyeva İngiltərə Açıq çempionatının qalibi olub.

Metbuat.az-ın məlumatına görə, 43 yaşlı qrossmeyster İsveçrə sistemi ilə keçirilən turnirin sonuncu - VII turunda qələbə qazanaraq lider Katarjina Toma ilə xallarının sayını bərabərləşdirib. Qalibi müəyyənləşdirmək üçün tay-breyk oynanılıb.

Rəqibini məğlub edən həmyerlimiz yekunda İngiltərə çempionu olub.

Qeyd edək ki, Elmira Mirzəyeva Rusiyada anadan olsa da, onun valideynləri əslən Gəncə şəhərindəndir.


metbuat.az.