METBUAT.AZ

Siyasət

Ərdoğan Şuşaya gəlir

30 İyun 2024 14:42

Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğan Şuşaya səfər edəcək.

Metbuat.az xəbər verir ki, Türkiyə mediası Ərdoğanın iyul ayı üçün səfər proqramını açıqlayıb.

Proqrama görə, Ərdoğan 3-4 iyul tarixlərində Qazaxıstanın paytaxtı Astanada keçiriləcək Şanxay Əməkdaşlıq Təşkilatının Dövlət və Hökumət Başçılarının zirvə toplantısında iştirak edəcək.

Bundan sonra o, iyulun 6-da Şuşa şəhərində keçiriləcək Türk Dövlətləri Təşkilatına üzv ölkələrin dövlət başçılarının qeyri-rəsmi zirvə toplantısında iştirak edəcək.

Qeyd edək ki, Ərdoğan 9-11 iyul tarixlərində ABŞ-nin paytaxtı Vaşinqtonda keçiriləcək NATO liderlərinin zirvə görüşündə də iştirak edəcək.


metbuat.az.