METBUAT.AZ

İdman

Ermənistan millisi azərbaycanlı hakimə görə yarışdan imtina etdi

18 İyun 2024 21:15

Bədii gimnastika üzrə Ermənistan komandası Kazanda keçirilən BRİKS Oyunlarında turnirin baş hakiminin dəyişdirilməsi ilə əlaqədar iştirakdan imtina edib.

Metbuat.az oxu.az-a istinadən xəbər verir ki, bunu erməni gimnast Silva Sarkisyan "Match TV"yə bildirib.

Çərşənbə axşamı Sarkisyan "Telegram" kanalında BRİKS Oyunlarında iştirak etməyəcəyini açıqlayıb.

"Əvvəlcə Ermənistan nümayəndəsi baş hakim təyin olundu. Sonra dəyişdilər, indi yarışın baş hakimi Azərbaycandandır. Beləliklə də, Ermənistan yarışdan çıxdı. Məni təmsil etdiyim assosiasiya adından danışmağa dəvət etdilər, lakin Ermənistanın İdman Nazirliyi rəsmi məktub göndərərək BRİKS Oyunlarının 2024-cü ilin yarış təqvimində planlaşdırılmadığını bildirdi", - deyə o bəyan edib.

Xatırladaq ki, BRİKS Oyunları çərçivəsində bədii gimnastika yarışları iyunun 20-22-də keçiriləcək.


metbuat.az.