METBUAT.AZ

İdman

“Fənərbağça”nın rəqibi bəlli oldu -

19 İyun 2024 18:11

Türkiyənin “Fənərbağça” klubunun Çempionlar Liqasının II təsnifat mərhələsindəki rəqibi müəyyənləşib.

Metbuat.az xəbər verir ki, İstanbul nəhəngi bu raundda İsveçrənin “Luqano” komandası ilə qarşılaşacaq. “Sarı-lacivərdlilər” ilk görüşü səfərdə keçirəcək.

Qeyd edək ki, II təsnifat mərhələsinin ilk matçları iyulun 23-24-də, cavab oyunları isə 30-31-də baş tutacaq.


metbuat.az.