METBUAT.AZ

İdman

Fərrux Mahmudov vitse-prezident oldu

5 İyun 2024 11:36

Azərbaycan Basketbol Federasiyasında yeni təyinat reallaşıb.

Metbuat.az xəbər verir ki, Fərrux Mahmudov Azərbaycan Basketbol Federasiyasında icraçı vitse-prezident kimi fəaliyyət göstərəcək.

Qeyd edək ki, Fərrux Mahmudovun son iş yeri “Neftçi” Futbol Klubu olub. O, paytaxt təmsilçisində baş icraçı direktoru vəzifəsini yerinə yetirib. F.Mahmudov bir neçə gün öncə Bakı klubundakı vəzifəsindən istefa vermişdi.


metbuat.az.