METBUAT.AZ

Ölkə

Fransa səfirliyi Azərbaycana başsağlığı verdi

21 İyun 2024 16:27

Fransanın Azərbaycandakı səfirliyi bu gün Cəbrayıl rayonu ərazisində minatəmizləmə prosesi zamanı baş verən partlayışda insan itkisi ilə bağlı başsağlığı verib.

Metbuat.az xəbər verir ki, bu barədə səfirliyin X hesabında paylaşım edilib.

“Bu gün mina partlaması nəticəsində həlak olan ANAMA əməkdaşının ailəsinə başsağlığı veririk. Fransa, ölkəni minalardan təmizləmək səylərində Azərbaycanı dəstəkləməyə sadiqdir”, - paylaşımda qeyd edilib.

Qeyd edək ki, bundan öncə Türkiyə və ABŞ səfirliyi Azərbaycana başsağlığı verib.


metbuat.az.