30 İyun 2024 22:48
Azərbaycanın milli aviadaşıyıcısı AZAL tarixində ilk dəfə olaraq Qarabağa müntəzəm reyslərə başlayacaq. Belə ki, aviaşirkət iyulun 13-dən etibarən Bakıdan Füzuli şəhərinə və əks istiqamətdə müntəzəm uçuşlar həyata keçirəcək.
Bu barədə "Azərbaycan Hava Yolları" QSC-dən bildirilib.
Uçuşlar həftədə iki dəfə olmaqla çərşənbə və şənbə günləri yerinə yetiriləcək.
Füzuliyə bir tərəfə aviabiletin qiyməti 78 manat təşkil edir. Bu qiymətə 10 kq-a qədər əl yükü və 23 kq-a qədər yük daxildir. Biletlər yaxın zamanlarda AZAL-ın saytında satışa çıxarılacaq.