METBUAT.AZ

İdman

"Gedəcək futbolçu varsa, o da Ardadır" -

12 İyun 2024 09:45

İspaniya La Liqasının son həftələrində meydana çıxmaq şansı qazanan və bu şansdan yaxşı istifadə edən Arda Güler haqqında İspaniya mətbuatında təəccüblü iddia ortaya atılıb.

Metbuat.az xəbər verir ki, “Real” klubdan hansısa futbolçunu göndərmək istəsə o, Arda olacaq. “Todofichajes”in məlumatında “Real Madrid” rəhbərliyinin Dani Seballos və Arda Güler arasında seçim edəcəyi təqdirdə, icarəyə göndəriləcək futbolçunun Arda Gülər olacağı iddia edilib.

Karlo Ançelotti Seballosun karyerasını bitirmək qərarına gələn və "Real Madrid"dən ayrılan Kroosu əvəz edə biləcəyini düşünür. Buna görə də, Seballos menecerinə başqa klublardan gələn təklifləri qəbul etməməyi tapşırıb.


metbuat.az.